Quba sakini kafedə bıçaqlandı


Kriminal 23 İyl 2019 14:55:00 258 0

Quba sakini kafedə bıçaqlandı

Qubada qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyulun 22-də saat 23 radələrində Quba rayonunun Aşağı-Atuc kəndi ərazisindəki kafelərdən birinin qarşısından Aşağı-Xuc kənd sakini Babək Şükürov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Quba RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş C.Əhmədxanov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, araşdırma aparılır.