Elmar Məmmədyarov Nassar İbrahim Məhəmməd ƏlHabaşnehi qəbul edib


Siyasət 22 İyl 2019 21:20:00 253 0

Elmar Məmmədyarov Nassar İbrahim Məhəmməd ƏlHabaşnehi qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul etdi.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələlərini müzakirə etdilər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi apardılar.

Səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə etdi.

Nazir Elmar Məmmədyarov səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşnehə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu etdi.