Velosiped, noutbuk və telefon oğurlayan
Kriminal 22 İyl 2019 19:22:00 250 0
Dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini R.Mehdili saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-dən 20-dək olan müddətdə İ.Babayevə məxsus noutbuku və A.Babayevə məxsus velosipedi oğurlamaqda, habelə Y.Salmanlının mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini R.Mehdili saxlanılıb.
Mənbə: milli.az