Tibb bacısı işləyən qayınanasını dispanserdə öldürən gənc narazıdır


Kriminal 20 İyl 2019 15:27:00 242 0

Tibb bacısı işləyən qayınanasını dispanserdə öldürən gənc narazıdır

Qayınanasını öldürən şəxs yenidən hakim önünə çıxarılıb. Həmin şəxs cəzasının azaldılması üçün apellyasiya şikayəti vermək istəyir.

Son.az musavat.com-a istinadən bildirir ki, qətl törətməkdə təqsirləndirilən və 16 il müddətinə azadlıqdan məhrum edilən 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov yenidən məhkəməyə müraciət edib.

Elçin Hüseynov barəsində hökm çıxaran Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək apellyasiya şikayəti vermək üçün müddətin bərpa edilməsini istəyib.

Onun müraciətinə hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə baxılıb.

Barəsində hökm çıxarıldıqdan sonra məhkəməyə müraciət edən E.Hüseynovun istəyi rədd edilib. Ona məhkəmənin bu qərarından şikayət vermək tövsiyyə edilib.

Xatırladaq ki, Elçin Hüseynov cinayəti Xəzər rayonu, Binə qəsəbəsindəki vərəm dispanserində törədib.