Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişiklik etdi


Siyasət 19 İyl 2019 17:56:00 247 0

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişiklik etdi

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dəyişiklik qanunun 12-ci (Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi) maddəsinə edilir.

Maddəyə edilən əlavəyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda onların hərəkəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Digər əlavəyə görə, sənət abidələrinin xaricə müvəqqəti aparılması "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir.