"Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR


Kriminal 19 İyl 2019 15:35:00 215 0

"Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR

Minsk məhkəməsində dövlət ittihamçısı "Rəşad Gəncinski" kimi tanınan kriminal avtoritet Rəşad İsmayılovun məhkəməsi davam edir.

Son.az musavat.com-a istinadən xəbər verir ki, "Rəşad Gəncinski" Rusiya vətəndaşıdır, Moskvada yaşayır, evli və dörd azyaşlı uşağı var. Həbs edilən sürücü Vaydar Məmmədov isə Azərbaycan vətəndaşıdır, müvəqqəti olaraq Moskvada yaşayır və rəsmi olaraq sürücü kimi çalışır. Rus dilində zəif bildiyi üçün məhkəmədə tərcüməçinin xidmətindən istifadə edilir. Dmitri Gritsuk isə Belarus vətəndaşıdır, Moskvada yaşayır, evlidir və iki azyaşlı uşağı var.

Müttəhimlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılıblar.

Hadisə 2018-ci il noyabrın 20-də baş verib. Saxlanma zamanı R.İsmayılovun üzərindən başqasının adına pasport tapılıb. Onun sürücüsü olan belarusluda iki tapança və patronlar, digər azərbaycanlıda isə həşiş aşkar edilib.

Müttəhimlər qismən təqsirli olduqlarını etiraf ediblər. Məhkəmə salonunda müttəhimləri üzləri maskalarla örtülü xüsusi təyinatlı qüvvələrin əsgərləri qoruyur.

"Gəncinski" məhkəmədə deyib ki, 2012-ci ildə borclu olduğu adam ona saxta vətəndaşlıq və xarici pasport təklif edib. "O vaxtdan mən öz əsl adımdan istifadə etmirəm. Mən bu pasporta öyrəşmişəm, fikirləşmişəm ki, bu pasport qanunidir", - deyə o, məhkəmədə bildirib.

Qeyd edək ki, "Rəşad Gəncinski" 2017-ci ilin avqustunda Abxaziyada güllələnmişdi. Rus mənbələri yazırdı ki, "Gəncinski" Abxaziyanın Qudauti şəhərinə Nadir Səfilovun ("Lotu Quli") tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə "Quli"yə yaxın olan "Nika Qaqrinski" ləqəbli "qanuni oğru" Nikolay Dqebuadzeyə dəstək vermək olub.

Məlumatda deyilirdi ki, "Nika" abxaz "qanuni oğru"ları tərəfindən sıxışdırılırmış. Bir qədər əvvəl "Quli" "Kuşa" ləqəbli Aleksandr Kuşnerova da Abxaziyaya yollanıb vəziyyəti nəzarətə almağı tapşırmışdı. Amma "Kuşa" Abxaziyaya girə bilməmişdi.