Yasamalda baş verən davaya görə bir nəfər saxlanıldı


Kriminal 18 İyl 2019 15:49:00 240 0

Yasamalda baş verən davaya görə bir nəfər saxlanıldı

Yasamalda baş verən davaya görə bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyulun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Vəlixanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini F.Budaqov saxlanılıb.

Araşdırma aparılır.