Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək


Siyasət 17 İyl 2019 13:27:00 225 0

Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək

Bu gün Tehranda Azərbaycan, Rusiya, İran və Türkiyə rabitə qurumlarının rəhbərləri arasında görüş keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, görüşdə ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.

İranın informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Həmid Fəttahi sosial şəbəkədə öz səhifəsində qeyd edib ki, bu gün keçirilən dördtərəfli görüş telekommunikasiya sahəsində iqtisadi əlaqələri genişləndirməyə imkan verəcək.


Xəbərə aid fotolar