“Cəbhət ənNüsra” və “Cundu Şam” silahlıları Bakıda məhkəmə qarşısında


Kriminal 14 İyl 2019 18:50:00 237 0

“Cəbhət ənNüsra” və “Cundu Şam” silahlıları Bakıda məhkəmə qarşısında

Yaxın Şərqdə münaqişlər başlayandan bəri Azərbaycanın müxtəlif bölgələrindən cihad adı altında Suriayaya gedərək qanunsuz silahlı qruplaşmalara qoşulanlar, döyüşənlər, döyüş meydanlarında ölənlər, yaralananlar, peşman olub geri qayıdanlar, bir sözlə cənnəti qazanacağını düşünüb əsl сəhənnəmlə üzləşənlər olub. Hələ də "Cəbhətül-Nusra", "Cundu Şam", "Ömər Şişani"nin dəstəsi, "Azəri camaatı", "Ceyşul-Mühacirun və Ənsar"və"Ceyşul Hur"kimi qanunsuz silahlı birləşmələrdə vuruşmaqda ittiham edilənlər arasında məhkəmə qarşısında onlara veriləcək cəzanı gözləyənlər var.

Budur, Suriyada terrorçu qruplaşmaların tərkibində döyüşmüş daha iki nəfər məhkəmə önünə çıxarılıb. Cinayət işindən də göründüyü kimi, onlar internetdə aparılan cihad təbliğatının təsiri altına düşüblər.

Belə ki, bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 42 yaşlı Bakı şəhər sakini Rövşən Rəhimov və 37 yaşlı Sumqayıt şəhər sakini Mehman Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada "Cəbhət ən-Nusra" ("Əl-Qaidə" terror qruplaşmasının Suriya özəyi) və "Cundu Şam" adlı radikal dini qruplaşmaların tərkibində vuruşublar. Sonradan Azərbaycana qayıdıblar. Onların hər ikisi 2019-cu ilin fevralında şübhəli şəxs qismində saxlanılıblar. Barələrində Səbail rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Mamed camaatı" arasındakı fikir ayrılığı

Üç uşaq atası olan Mehman Qarayev ali təhsillidir, Sumqayıt Dövlət Pedoqoji universitetini bitirib. Suriyaya cihada gedənə qədər "Karvan" ticarət mərkəzində işləyib, kiçik sahibkarlıqla məşğul olub. İslam dininin əhli sünnə məzhəbi üzrə ibadət edən, əsgərlik yoldaşı Raminlə mütəmadi olaraq əlaqə saxlayan, görüşən M.Qarayev onun vasitəsilə Sumqayıtda yaşayan sələfilərlə - Aqil Hacıyev ("Sumqayıt camaatı"nın əmiri, əslən Lənkərandan olan A.Hacıyev "Talış Aqil" ləqəbi ilə də tanınıb.

Bəzi mənbələrdə onun "ən-Nusra Cəbhəsi" silahlı qruplaşma üzvləri tərəfindən əsir götürüldüyü, şəriət qanunlarına əsasən barəsində hökm çıxarıdığı bildirilir-red.), Ceyhun, Mübariz və digərləri ilə yaxından tanış olub. Tez-tez müxtəlif çay evlərinə yığışıblar, cihadla bağlı söhbət ediblər, müzakirələr aparıblar. M.Qarayev özlərini "Mamed camaatı" adlandıran bu şəxslərdən cihadın nə olduğunu öyrənib. "Mamed camaatı"ndan olan gənclərdən bir neçəsi cihad üçün Suriyaya yollanıb. Sonradan camaat üzvləri ilə bəzi fikir ayrılığı olması səbəbindən Mehman onlardan ayrılıb.

Özünə "Talut" adı verib "yəhudiləri islah etmək" fikrinə düşmüşdü...

Mehmanın ifadəsinə görə, Suriyada döyüşmək fikrinə internetdəki videoları görəndən sonra gəlib. İnternet saytlarından oxuyub öyrənib ki, Suriyaya Türkiyənin Qaziantep şəhərindən keçməklə getmək olar. Nəticədə avtobusla Gürcüstana oradan da Türkiyəyə yollanıb. Qaziantep şəhərində Sumqayıtdan olan "Abdul Alim"lə rastlaşıb. Mehman ona Suriyaya keçmək istədiyini deyib. "Abdul Alim"lə birgə Suriya sərhəddində yerləşən bir kəndə gəliblər.

Türkiyə ərazisindən cihadda iştirak etmək üçün Suriyaya keçmək istəyənlərə köməklik edən Həsən adlı şəxs onları qaçaq yolla Atma şəhərinə keçirib. M. Qarayev Atmada əslən Sumqayıtdan olan, azərbaycanlılardan ibarət silahlı birləşməyə rəhbərlik edən "Əbu Yəhya" ilə tanış olub. "Əbu Yəhya" onu öz adamları qaldığı düşərgəyə aparıb.

Təqsirləndirilən Qarayevin ifadəsindən sitat: "Əbu Yəhya" nın rəhbərlik etdiyi camaat 20-25 nəfərdən ibarət idi. Biz öz adımızla deyil, dini ləqəblərimizlə tanınırdıq. Mənim dini ləqəbim "Abu Ruqəyya" və "Talut" olub. "Abu Ruqəyya" qızımın adına uyğun olaraq mənə verilmişdi. "Talut" isə Qurani Kərimdə yəhudilərin islah olunması üçün göndərilən şəxsdir".

"Cundu Şam" ın azərbaycanlı əmiri kimdir?

Düşərgədəki azərbaycanlılar hamısı hərbi geyimdə olublar, avtomat və tapança ilə silahlanıblar. İki aya yaxın "Əbu Yəhya"nın rəhbərlik etdiyi qruplaşmanın tərkibinə qatılan Mehman sonradan onlardan ayrılıb və Mühəndisin kəndindəki "Sumqayıt camaatı" tərəfindıən yaradılan, əmiri "Abu Muhammad" (Aqil Haciyevi nəzərdə tutur-red.) olan "Cundu Şam" üzvlərinə qoşulub. 2013-cü ilin noyabrında Türkiyənin Qazıantep şəhərinə gəlib. Bir neçə ay orada işləyib və 2014-cü ildə Azərbaycana qayıdıb.

M.Qarayev istintaqa verdiyi ifadəsində Allahın qoyduğu qanunlardan başqa heç bir qanun tanımadığını, İslam dövlətinin yaranmasının tərafdarı olduğunu, Suriyada cihadda iştirak cinayət hesab olunursa cəzasını çəkməyə hazır olduğunu deyib. O, xüsusi təlimlərdə, döyüşlərdə iştirak etmədiyini, adam öldürmədiyini, heç bir günah işlətmədiyini bildirib.