Polis Kəpəzdə silahsursat aşkarlayıb


Kriminal 12 İyl 2019 19:39:00 245 0

Polis Kəpəzdə silahsursat aşkarlayıb

Kəpəz RPİ-nin əməkdaşları tərəfindən silah-sursat tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a məlumat verilib.

Bildirilir ki, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən Tereşkova qəsəbəsi ərazisindən 1 ədəd "F-1" markalı qumbara, 3 ədəd qumbara alışdırıcısı, 6 ədəd fişəng, 2 ədəd patron darağı və 120 ədəd müxtəlif çaplı patron tapılıb.