Bakıda polkovnikin oğlu faciəvi şəkildə öldü


Kriminal 11 İyl 2019 16:26:00 201 0

Bakıda polkovnikin oğlu faciəvi şəkildə öldü

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb.

Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, intihar edən O. Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayevin oğludur.