Səfir: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüşməsi faktı müsbət amildir"


Siyasət 08 İyl 2019 13:39:00 224 0

Səfir: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüşməsi faktı müsbət amildir"

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşməsi faktı müsbət amildir.

Son.az xəbər verir ki, bunu Trend-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib.

Səfirin sözlərinə görə, Vaşinqtondakı görüş onu ifadə edir ki, ABŞ həmsədr qismində yenə maraq nümayiş etdirib:

"Bütün həmsədr ölkələr münaqişənin yaxın zamanlarda həll olunmasının zəruriliyini görürlər. Hamı başa düşür ki, status-kvo qəbuledilməzdir və hər kəs münaqişənin sülh yolu ilə həllini görmək istəyir. Bu, Vaşinqtondakı görüşün ən böyük nəticəsidir".

Son.az