Gəncə sakinini hədələyib 200 manat alan şəxs saxlanıldı


Kriminal 06 İyl 2019 12:07:00 196 0

Gəncə sakinini hədələyib 200 manat alan şəxs saxlanıldı

İyulun 5-də Gəncə şəhəri ərazisində şəhər sakini S.Məmmədovaya zor tətbiq edən şəxsin onun 200 manat pulunu alması barədə Nizami (Gəncə) RPİ-yə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.Babayev qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Nizami (Gəncə) Rayon Polis İdarəsində araşdırma aparılır.