Bu günə kimi xarici siyasətlə bağlı 1165 qanun qəbul edilib


Siyasət 05 İyl 2019 14:18:00 230 0

Bu günə kimi xarici siyasətlə bağlı 1165 qanun qəbul edilib

1993-cü ildən bu günə kimi xarici siyasətlə bağlı 1165 qanun qəbul olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları "Azərbaycan diplomatiyası" adlı elektron resursun təqdimat mərasimi zamanı deyib.

H.Hacıyev qeyd edib ki, xarici siyasətlə bağlı Azərbaycan Prezidenti 443 fərman imzalayıb:

"Beynəlxalq təşkilatlarla imzalanmış sənədlərin sayı 102-dir. Bunların 27-si son 5 ildə imzalanıb. 19 ölkə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri haqqında müxtəlif sənədlər imzalanıb".