Sessiyada bir sıra irs nümunələrinə dair qərarlar qəbul olunub


Kriminal 04 İyl 2019 18:38:00 235 0

Sessiyada bir sıra irs nümunələrinə dair qərarlar qəbul olunub

İyulun 4-də günün ikinci yarısında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Özbəkistanın Səmərqənd şəhərinin qədim hissəsinin konservasiyası ilə bağlı müzakirələr davam etdirildi.

Son.az Trend-ə istinadən bildirir ki, iclasda şəhərin qədim hissəsində hotellərin tikintisinin dayandırılması və konservasiya işləri gücləndirilməsinə qərar verildi. Vurğulandı ki, bu işlərdə Ümumdünya İrs Komitəsinin və ICOMOS ekspertlərinin tövsiyələri nəzərə alınsın. Komitənin 44-cü sessiyasına qədər Özbəkistan tərəfinin hesabatı təqdim edilsin.

İclasda növbəti ciddi müzakirə Bolqarıstandakı qədim liman şəhəri Nesebırdakı vəziyyətlə bağlı oldu. Belə ki, üzv dövlətin məruzəsində qeyd edilən müsbət dəyişikliklər ICOMOS ekspertlərinin hesabatında öz əksini tapmamışdı. Buna görə də Bolqarıstandan üzv dövlət olaraq Nesebır şəhərinin vəziyyətini yaxşılaşdırmaq üçün konservasiya tədbirlərini gücləndirmək, tövsiyə edilən təklifləri yerinə yetirmək qəti şəkildə xahiş edildi. Bolqarıstan bununla əlaqədar 2021-ci ildə keçiriləcək 45-ci sessiyada hesabat verməlidir. Əgər müsbət dəyişiklik olmazsa, o zaman Nesebır təhlükə altında olan məkanlar siyahısına daxil ediləcək.

Sonra əvvəlcədən sessiya iştirakçılarına paylanılmış bir neçə sənəd - Orta Reyn, Monteneqro, Kiji (Rusiya), Diyarbəkir meşəsi (Türkiyə), Buda qəsri (Macarıstan) və digər məsələlərə dair qərar layihələri müzakirəsiz qəbul edildi.

Çilinin Valparaiso şəhəri üzrə hesabat dinlənildi. Sonra Karib dənizi və Latın Amerikası üzrə qısa hesabat təqdim edildi. Braziliyadakı kilsə, abidələr qrupu və s. konservasiyaya dair qərarlar qəbul olundu. Kolumbiyada Kartexenaysa Ksrtexenaya dair ICOMOS-un 2017-ci ildəki hesabatında göstərilən qüsurların aradan qaldırıldığı diqqətə çatdırıldı.

Daha sonra Burkina Faso nümayəndə heyəti Benindəki Amobey kral sarayının vəziyyətini gündəmə gətirdi. Benin nümayəndəsinin iştirakı ilə sözü gedən saray kompleksində muzeyin yaradılması məsələsi müzakirə olundu və qərar qəbul edildi.