Azərbaycanla Bolqarıstan mədəni əməkdaşlığa dair proqram sənədi imzalayıb FOTO


Kriminal 04 İyl 2019 18:28:00 248 0

Azərbaycanla Bolqarıstan mədəni əməkdaşlığa dair proqram sənədi imzalayıb  FOTO

Azərbaycanla Bolqarıstan arasında mədəni əməkdaşlığa dair proqram sənədi imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, iyulun 4-də mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Mədəniyyət naziri Boil Banov ilə görüşdü.

Görüşdə Əbülfəs Qarayev qonağa ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər və Azərbaycanın zəngin mədəni irsi haqqında geniş məlumat verdi. Bildirdi ki, mədəniyyət sahəsinin hərtərəfli inkişafı və dünyada təbliği istiqamətdə mühüm işlər görülür. Azərbaycan dövləti bu istiqamətdə həyata keçirilən layihələrə böyük diqqət göstərir, dəstək verir. Ölkəmiz mədəniyyət sahəsində beynəlxalq əlaqələrin daha da inkişafında maraqlıdır.

Nazir həmçinin Azərbaycanla Bolqarıstan arasındakı münasibətlərə toxunaraq qeyd etdi ki, iki ölkə arasında bütün sahələrdə yaxşı əməkdaşlıq mühiti mövcuddur. Bu mühitin daha da inkişaf etdirilməsində Azərbaycan tərəfi əlindən gələni edəcək.

Bolqarıstan Respublikasının Mədəniyyət naziri Boil Banov ölkəmizdə ilk dəfə olduğunu bildirdi, Azərbaycanın zəngin mədəniyyətə malik bir ölkə kimi səciyyələndirdi: "Bunun əyani sübutu kimi Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etməsi və göstərdiyi yüksək qonaqpərvərliyi qeyd edə bilərəm".


Xəbərə aid fotolar