Azərbaycanlı sahibkarla oğullarını döydülər: saxlanılanlar var FOTO


Kriminal 04 İyl 2019 17:34:19 214 0

Azərbaycanlı sahibkarla oğullarını döydülər: saxlanılanlar var  FOTO

Rusiyanın Çelyabinsk vilayətinin Verxniy Ufaley şəhərində azərbaycanlı sahibkar Eminəli Musayevin ailə üzvlərini döyən 3 kazak saxlanılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında Uraldan olan MMA döyüşçüsü Sergey Kalinin də var.

Nəşr yazır ki, insident iyulun 2-də "Sozvezdie" adlı kafedə baş verib. Qılınc, qamçı, bomba və odlu silahlarla silahlanmış kazaklar sahibkarın 24 yaşlı oğlu İlqarın əlini bağlayaraq onu döyüblər.

Zərərçəkmiş şəxsin sözlərinə görə, onun təxminən altı ay öncə Xüsusi Qüvvələrin keçmiş döyüşçüsü İvan Spiridonovla münaqişəsi olub.

İvan Spiridonov

Mübahisə zamanı İlqar masadan qalxaraq onu ayağı ilə vurub. Bu, qarşı tərəfin xoşuna gəlməyib. Daha sonra onlar danışaraq sağollaşıblar və o zamandan etibarən görüşməyiblər. 

İ. Musayev bildirib ki, o, bir müddət öncə kazaklara qoşulmaq istəyib, lakin tanışları deyiblər ki, o, müsəlman, kazaklar xristian olduqları üçün onların sırasına qoşulmağa imkan verməyəcəklər. 

İyulun 1-də kazakların lideri, MMA döyüşçüsü Sergey Kalinin İlqara zəng edərək ondan kazaklara qoşulmaq istəyib-istəmədiyini soruşub.

Sergey Kalinin (solda) kazak dostları ilə