Bakıda hissələri tapılan çeçenin kimliyi bilindi


Kriminal 02 İyl 2019 19:39:00 230 0

Bakıda hissələri tapılan çeçenin kimliyi bilindi

İki il əvvəl Bakının Suraxanı rayon ərazisində amansızcasına öldürülmüş kişinin şəxsiyyəti müəyyən edilib. Daha əvvəl güman edildiyi kimi cinayətin qurbanı çeçen olub.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

Qeyd edək ki, 2017-ci il sentyabrın 5-də "Azərsu" ASC-nin Hövsan Aerasiya Stansiyasının kollektoru yaxınlığında odlu silahla öldürülmüş gənc kişinin parçalanmış bədəninin hissələri tapılıb. Onun bədənində dörd güllə yarası aşkarlanıb. Cinayət Makarov tapançası ilə törədilib.

Qatil cəsəddən və cinayət izlərindən xilas olmaq üçün bədəni parçalayaraq hissələrini təmizləyici kollektora atıb.

Cinayətdən iki sonra qətlə yetirilmiş şəxsin bədəninin demək olar bütün hissələri tapılıb. Əl və boynun bir hissəsi isə aşkarlanmayıb. Bir neçə gündən sonra çeçenin baş hissəsi də tapılıb. Onun üzündə qaş və kirpiklər olmayıb. İstintaq orqanları belə qənaətə gəliblər ki, qatil qurbanını qırxıb, kirpiklərini ütüb və saqqalını kəsib ki, onu tanımaq çətin olsun.

Bakı Şəhər Prokurorluğu cinayət işinin təhqiqatına başlayıb, Cinayət Məcəlləsinin 120.1 maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi qaldırılıb və öldürülən şəxsin şəxsiyyəti müəyyən edilib. İstintaqın maraqlarına uyğun olaraq, çeçenin adı açıqlanmır. Cinayət əməlinin üstünün açılması üçün iş davam etdirilir.