Prokuror sabiq icra məmuruna 6,6 il cəza istədi


Kriminal 02 İyl 2019 19:29:00 246 0

Prokuror sabiq icra məmuruna 6,6 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış edib.

Dövlət ittihamçısı A.Məmmədovun 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Asif Məmmədovun vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Prosesdə iyulun 9-dək fasilə elan edilib.

İttihama görə, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini versə də, əməl etməyib.