Əli Əhmədov: "Bu il imzalanan fərman və sərəncamlar nəticəsində sosial həyatın yaxşılaşması ölkədə gedən inkişafın çox gözəl göstəricisidir"


Siyasət 02 İyl 2019 15:31:00 202 0

Əli Əhmədov: "Bu il imzalanan fərman və sərəncamlar nəticəsində sosial həyatın yaxşılaşması ölkədə gedən inkişafın çox gözəl göstəricisidir"

"Bu il imzalanan fərman və sərəncamlar nəticəsində sosial həyatın yaxşılaşması ölkədə gedən inkişafın çox gözəl göstəricisidir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məlumatlandırma portalının təqdimat mərasimində deyib.

Ə.Əhmədov bildirib ki, digər sahələrdə əldə edilən nəticələr dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırılır:

"Bu gün iqtisadi, sosial inkişaf dərəcələri DİM-lərdən irəli gələn vəzifələrə uyğunlaşdırılıb. Biz növbəti illərdə də naliyyətləri bu vəzifələrə uyğunlaşdıracağıq".