İran öz idmançılarının Xankəndidə idman tədbirində iştirakını təkzib edir


Siyasət 01 İyl 2019 18:19:00 219 0

İran öz idmançılarının Xankəndidə idman tədbirində iştirakını təkzib edir

İran öz idmançılarının Xankəndidə idman tədbirində iştirakını təkzib edir.

Son.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyindən Trend-ə bildirilib.

Səfirlikdən bildirilib ki, iranlı idmançıların Xankəndi şəhərində idman tədbirində iştirak etməsi xəbəri öz təsdiqini tapmayıb:

"Bu idman tədbirində iştirak qeyri-qanunidir və dövlət tərəfindən hər hansı icazə verilməyib. İdmançılar şəxsi və ya fərdi şəkildə iştirak edərlərsə, İran dövləti onları dəstəkləməyəcək. Səfirlik idmançıların bu tədbirdə iştirak etməməsi üçün əlindən gələni edəcək".

Xatırladaq ki, Ermənistan mətbuatı İranın müxtəlif şəhərlərindən 245 idmançının Azərbaycanın işğal altında olan Xankəndi şəhərində tədbirdə iştirak edəcəyini bildirib.