Bakıda qonşusunu bıçaqlayan şəxsə


Kriminal 01 İyl 2019 17:34:00 227 0

Bakıda qonşusunu bıçaqlayan şəxsə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən İntiqam Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Mustafayev 3 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin yanvar ayında paytaxtın Xətai rayonu, Aşıq Qurban küçəsində 1993-cü il təvəllüdlü İ.Mustafayev qonşusu - 1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət ittihamı elan edilib.