Mübahisə, əlbəyaxa dava...


Kriminal 01 İyl 2019 16:57:00 231 0

Mübahisə, əlbəyaxa dava...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirlən Vəli Əliyev və Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə məhkəmənin baxış iclası iyulun 8-ə təyin edilib.

İttihama görə, bu ilin yanvar ayında Bakıda, metronun "Nizami" stansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq qətlə yetirilib.

Qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş 1994-cü il təvəllüdlü Vəli Əliyev və 1990-cı il təvəllüdlü Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.