Keçmiş məhkum qohumu tərəfindən öldürüldü


Kriminal 01 İyl 2019 16:04:00 244 0

Keçmiş məhkum qohumu tərəfindən öldürüldü

Yevlax rayonunda qətl hadisəsi baş verib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Malbinəsi kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qohumu olan kənd sakini M.Hüseynov saxlanılıb.