UNESKOnun baş direktorunun müavini: "Təhlükəsizlik təmin edilərsə, Dağlıq Qarabağa ekspert qismində getmək olar"


Siyasət 01 İyl 2019 14:07:00 216 0

UNESKOnun baş direktorunun müavini: "Təhlükəsizlik təmin edilərsə, Dağlıq Qarabağa ekspert qismində getmək olar"

"Biz Dağlıq Qarabağ münaqişəsi üzrə tərəflərdən xahiş edirik ki, təhlükəsizliyi təmin etsinlər. Belə olan halda, UNESKO-nun nümayəndələri Dağlıq Qarabağa ekspert qismində gedə bilərlər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında UNESKO-nun baş direktorunun müavini Ernesto Toni deyib.

O qeyd edib ki, ekspert missiyasının keçirilməsi üçün şərtlər var: "Birincisi, təhlükəsizlik təminatı olmalıdır. Bu razılaşma olmazsa, UNESKO müdaxilə edə bilməz".