UNESCOnun Ümumdünya irsi siyahısına daxil edilmək üçün 36 namizəd fayl nəzərdən keçiriləcək


Siyasət 30 İyn 2019 18:42:00 80 0

UNESCOnun Ümumdünya irsi siyahısına daxil edilmək üçün 36 namizəd fayl nəzərdən keçiriləcək

İyunun 30-da Bakı Konqres Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iştirakçılarının istiqamətləndirici iclası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Dünya İrs Komitəsinin Bakı sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamlayıb, tədbirin açılış mərasimi və digər iclasların keçiriləcəyi məkanlarla bağlı məlumat verib. Bildirib ki, bu gün axşam Heydər Əliyev Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının rəsmi açılış mərasimi reallaşacaq. Mərkəzdə Azərbaycanın mədəni zənginliyini nümayiş etdirən sərgi, həmçinin müxtəlif mövzularda təqdimatlar və mədəni proqram nümayiş etdiriləcək.

UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler çıxışında bildirib ki, 43-cü sessiya çərçivəsində Abidə Menecerlərinin Forumu və Gənc Peşəkarlar Forumun yüksək səviyyədə təşkil edilib.

İyulun 1-də keçiriləcək sessiyalarla bağlı məlumat verən direktor diqqətə çatdırıb ki, sessiyaların və plenar iclasların təşkil olunacağı zallar tam hazır vəziyyətdədir. M.Rossler təqdim olunacaq nominasiya faylları ilə bağlı əlavə məlumatların Təşkilat Komitəsinə çatdırılmasını tövsiyə edib. Həmçinin vurğulayıb ki, plenar sessiyalarla yanaşı, paralel olaraq panel və büro sessiyaları da keçiriləcək. Sessiyalara katiblik, məşvərət şurası və hüquq müşavirləri nəzarət edəcək. Sessiyaya hazırlıqla bağlı bütün məlumatlar komitənin veb-saytında əks olunub və onlayn rejimdə hər bir sessiyaya aid sənədi buradan əldə etmək mümkündür.

Qeyd olunub ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasının gündəliyi sabah açıqlanacaq. Gündəliyə büro üzvlərinin istəyi ilə dəyişiklik edilə bilər. Bakı sessiyasında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət obyektləri, daha sonra mədəni obyektlərlə bağlı nominasiyalar müzakirə ediləcək. Tədbir çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgi keçiriləcək.

Daha sonra istiqamətləndirici iclas iştirakçı dövlətlərin nümayəndələrinin fikir və təklifləri ilə davam edib.

Qeyd edək ki, 30 iyun - 10 iyul tarixlərində keçiriləcək UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox nümayəndə iştirak edir.

Son.az 


Xəbərə aid fotolar

Busqalter geyinmədiyi üçün təyyarədən qovuldu like
  • 30 İyn 18:31  
Digərləri Busqalter geyinmədiyi üçün təyyarədən qovuldu

İspaniyanın Malaqa şəhərində açıq-saçıq geyimlə təyyarəyə minən q

arrow Ətraflı
Karateçilərimiz II Avropa Oyunlarının finalına vəsiqə qazanıblar like
  • 30 İyn 18:24  
Digərləri Karateçilərimiz II Avropa Oyunlarının finalına vəsiqə qazanıblar

Azərbaycan yığmasının karateçisi Rafael Ağayev və Firdovsi Fərzəliyev

arrow Ətraflı
Əsl adım Həsəndir like
  • 30 İyn 18:24  
Digərləri Əsl adım Həsəndir

Cinsiyyətini dəyişdirərək qadın olan İnstaqram fenomeni Selin Ciyəçinin

arrow Ətraflı
Festivalın ikinci günü tamaşaçılar Şəki Folklor Ansamblının konsertini izləyiblər (FOTO) like
  • 30 İyn 18:20  
Digərləri Festivalın ikinci günü tamaşaçılar Şəki Folklor Ansamblının konsertini izləyiblər (FOTO)

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunu

arrow Ətraflı
Türk generaldan Haftara: like
  • 30 İyn 18:10  
Dünya Türk generaldan Haftara:

Bölgədə sülh və əmin-amanlığın təmin olunmasına töhfə verməyə dav

arrow Ətraflı
"Facebook”un kriptovalyutası gəlir: like
  • 30 İyn 17:56  
Digərləri "Facebook”un kriptovalyutası gəlir:

"Facebook" öz kriptovalyutası olan "Libra"nı 2020-ci ild

arrow Ətraflı
Rusiyada S500 sisteminin istehsalına başlanılıb like
  • 30 İyn 17:42  
Dünya Rusiyada S500 sisteminin istehsalına başlanılıb

Rusiyada S-500 "Prometey" yeni hava hücumundan müdafiə və raket h

arrow Ətraflı
Həkimlər Mehmet Ali Erbillə bağlı qərar verdi like
  • 30 İyn 17:35  
Digərləri Həkimlər Mehmet Ali Erbillə bağlı qərar verdi

Səhhəti günü-gündən daha da yaxşılaşan şoumen Mehmet Ali Erbillə bağ

arrow Ətraflı
Rusiyada S-500 sisteminin istehsalına başlanılıb like
  • 30 İyn 17:30  
Digərləri Rusiyada S-500 sisteminin istehsalına başlanılıb

Rusiyada S-500 "Prometey" yeni hava hücumundan müdafiə və raket hücumundan

arrow Ətraflı
Rusiyada minlərlə sakin çarəsiz qalıb like
  • 30 İyn 17:28  
Dünya Rusiyada minlərlə sakin çarəsiz qalıb

Rusiyanın İrkutsk vilayətində 30 minə yaxın insan elektrik enerjisiz qalı

arrow Ətraflı
Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə like
  • 30 İyn 17:21  
Digərləri Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə xəbərdarlıq edib.

arrow Ətraflı
1 milyon avroya yaxta alır like
  • 30 İyn 17:14  
Digərləri 1 milyon avroya yaxta alır

Şoumen Cem Yılmaz bu dəfə yaxta almaq sevdasına düşüb.

arrow Ətraflı
Astronomlar Yerə düşən asteroidi müşahidə etdilər like
  • 30 İyn 17:07  
Digərləri Astronomlar Yerə düşən asteroidi müşahidə etdilər

Astronomlar avtomobil ölçüdə asteroidin planetimizə düşdüyünü və atmo

arrow Ətraflı
Atletlərimiz beynəlxalq yarışda 6 qızıl medal qazandı like
  • 30 İyn 17:01  
Digərləri Atletlərimiz beynəlxalq yarışda 6 qızıl medal qazandı

Azərbaycanın atletika üzrə paralimpiya milli komandasının Tunisdə keçiri

arrow Ətraflı