Dostlar maşında qadını zorlayanda polis gəldi və...


Kriminal 29 İyn 2019 17:36:00 259 0

Dostlar maşında qadını zorlayanda polis gəldi və...

Azərbaycanda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Şamaxı şəhər sakini, 1983-cü il təvəllüdlü Rasim Təhməzov və Qobustan rayon sakini, 1991-ci il təvəllüdlü Əhməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, Rasim Təhməzov 25 iyul 2018-ci il tarixdə Əhməd Qəribov, Əjdər Abdullayev, Faiq Şıxəliyev və sonuncunun vasitəsilə həmin gün tanış olduğu Şamaxı rayonu, 2-ci Çaylı kənd sakini Cəmilə Qəmbərova (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən yeməkxanaya gəliblər.

Şam yeməyindən sonra intim plan

Onlar orada şam yeməyindən sonra Cəmilə Qəmbərovaya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədilə Əhməd Qəribov ilə qabaqcadan əlbir olublar.

Hər iki şəxs bu cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü Rasim Təhməzov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə Cəmiləni yaşadığı Şamaxı rayonu 2-ci Çaylı kəndinə aparıblar.

Gecə yarısı intim əlaqə təklifi

Gecə yarı saat 02 radələrində Rasim avtomobili kəndarası yolda, kəndin giriş hissəsindən 700 metr məsafədə saxlayıb və Cəmilənin onlarla cinsi əlaqəyə girməyəcəyi halda gecə vaxtı avtomobildən düşürəcəyini bildirib.

Buna baxmayaraq Cəmilə onların intim əlaqədə olmaq barədə təkliflərini rədd edib. Bu səbəbdən Cəmilə avtomobildən düşüb, piyada yaşadığı kəndin içərisinə doğru yollanıb.

Həmin vaxt Rasim qadının arxasınca gedib, zorla onu avtomobilə doğru gətirib. Orada cinsi əlaqədə olmaq istəyiblər.

Polisə şikayət

Bu zaman Faiq Şıxəliyev Rasimin bu hərəkətlərinin qarşısını almaq üçün mübahisə edib, Əjdər Abdullayev və Əhməd Qəribov onların mübahisə etməsinə imkan verməyib.

Bu ərəfədə Cəmilə mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin "102" məlumat mərkəzinə zəng edib, şikayət etdiyini hiss edən Əjdər Abdullayev və Faiq Şıxəliyev oradan qaçıblar.

Bu zaman Rasim və Əhməd Cəmilənin qollarından tutaraq zor tətbiq etməklə, onu avtomobilin arxa oturacağına uzandırıblar. Sonra Əhməd Cəmilənin əllərindən tutaraq saxlayıb, Rasim isə arxası üstə avtomobilin oturacağına uzanıqlı vəziyyətdə olan Cəmiləni döyüb, əynində olan şalvarı soyundurub.

Cinsi əlaqədə olmaq istədi, polislər imkan vermədi

Həmin vaxt Rasim Cəmilə ilə cinsi əlaqədə olmaq istəyən vaxtı Cəmilənin daha öncədən Daxili İşlər Nazirliyinin "102" məlumat mərkəzinə etmiş olduğu şikayəti əsasında Şamaxı rayon polis şöbəsinin əməliyyat qrupunun üzvlərinin xidməti avtomobillə hadisə yerinə yaxınlaşmaları ilə əlaqədar niyyətini başa çatdıra bilməyib.