Əcnəbi tələbə Bakıda qanunsuz idarə etdiyi avtomobillə 6 yaşlı uşağı vurdu


Kriminal 28 İyn 2019 08:30:00 197 0

Əcnəbi tələbə Bakıda qanunsuz idarə etdiyi avtomobillə 6 yaşlı uşağı vurdu

Bakıda İraq vətəndaşı avtomobillə qəza törədib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

İraq vətəndaşı, Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Ahmed Xalif Ezzatın etibarnaməsi olmadığı halda dostu Anar Əfəndiyevə məxsus "KİA Coreto" markalı 99-NU-605 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Nəsimi rayonu, Vaqif küçəsində velosipedçi, 2013-cü il təvəllüdlü Səlim Səlimovu vurub.

Hadisə nəticəsində azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.