Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan geniş miqyaslı daxili miqrasiya problemi ilə üzləşib"


Siyasət 27 İyn 2019 17:29:00 66 0

Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan geniş miqyaslı daxili miqrasiya problemi ilə üzləşib"

Xarici İşlər naziri Elmar Məmmədyarov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Baş direktoru Mixael Şpindeleqqer ilə görüşüb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, görüş zamanı "Azərbaycanla Avropa İttifaqı arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək" (MOBILAZE) layihəsi çərçivəsində Bakıda keçirilən "Yerdəyişmə üzrə Tərəfdaşlıq" mövzusunda illik beynəlxalq konfrans zamanı faydalı müzakirələrin aparıldığı qeyd edilib.

Miqrasiya məsələsinin hazırda beynəlxalq gündəlikdə, o cümlədən Aİ üçün önəm kəsb edən ən vacib məsələlərlədən biri olduğu ifadə edilib.

Tərəflər Azərbaycanın Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə miqrasiya sahəsində sıx əməkdaşlıq etdiyini bildirərək, MOBILAZE layihəsinin Aİ-Azərbaycan arasında əməkdaşlığın mühüm ölçüsü olan yerdəyişmə proseslərini və insanlararası əlaqələri dəstəkləməkdə rolunu yüksək qiymətləndiriblər. Eyni zamanda, tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya sazişlərin bu ölçüyə xidmət etdiyini söyləyərək sözügedən sazişlərin icrasında Azərbaycanın sadiqliyini xüsusilə vurğulayıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir E.Məmmədyarov münaqişə nəticəsində ölkəmizin geniş miqyaslı daxili miqrasiya problemi ilə üzləşdiyini bildirib. Nazir Azərbaycanın müvafiq qurumlarının səyi nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər görüldüyünü xüsusilə qeyd edib. Eyni zamanda E.Məmmədyarov həmsöhbətini münaqişənin həllinin üzrə aparılan danışıqlar prosesinin son durumu ilə bağlı məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Aqrar sahədə yeni subsidiya mexanizmi yaradılır - FƏRMAN like
  • 27 İyn 17:25  
Digərləri Aqrar sahədə yeni subsidiya mexanizmi yaradılır - FƏRMAN

Prezident İlham Əliyev Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılmas

arrow Ətraflı
Azərbaycanda iki nəfər birlikdə 9 yaşlı uşağı zorlayıb like
  • 27 İyn 17:24  
Kriminal Azərbaycanda iki nəfər birlikdə 9 yaşlı uşağı zorlayıb

Ağcabədi rayonunda azyaşlıya təcavüz etməkdə təqsirli bilinən 2003-cü

arrow Ətraflı
Praqada Azərbaycan və Çexiya arasında siyasi məsləhətləşmələr keçirilib like
  • 27 İyn 17:20  
Digərləri Praqada Azərbaycan və Çexiya arasında siyasi məsləhətləşmələr keçirilib

Praqada Azərbaycan və Çexiya Xarici İşlər Nazirlikləri arasında siyasi m

arrow Ətraflı
DİM iyunun 30da növbəti imtahanlar keçirəcək like
  • 27 İyn 17:19  
Digərləri DİM iyunun 30da növbəti imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi iyunun 30-da növbəti imtahanlar keçirəcək. İmt

arrow Ətraflı
Türkiyədə tutulan akulalar sakinləri şoka saldı (FOTO) like
  • 27 İyn 17:17  
Digərləri Türkiyədə tutulan akulalar sakinləri şoka saldı (FOTO)

Türkiyənin Muğla vilayəti sahillərində, Aralıq dənizində yerli balıqç

arrow Ətraflı
Azərbaycanda bu məhsullar vergidən azad ediləcək like
  • 27 İyn 17:14  
Digərləri Azərbaycanda bu məhsullar vergidən azad ediləcək

Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra mallar və məhsullar

arrow Ətraflı
VTB (Azərbaycan) ödəniş kartlar üzrə aksiyanın müddətini uzadıb like
  • 27 İyn 17:10  
Digərləri VTB (Azərbaycan) ödəniş kartlar üzrə aksiyanın müddətini uzadıb

Bank VTB (Azərbaycan) Visa Platinum premium kartı üzrə xüsusi aksiyaya dava

arrow Ətraflı
İyunun 28-nə manatın məzənnəsi like
  • 27 İyn 17:09  
Digərləri İyunun 28-nə manatın məzənnəsi

İyunun 28-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
PSG 2 futbolçunu transfer edir like
  • 27 İyn 17:06  
İdman PSG 2 futbolçunu transfer edir

PSG iki transfer etməyə yaxındır.

arrow Ətraflı
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb like
  • 27 İyn 17:04  
Digərləri Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.

arrow Ətraflı
AccessBank tələbələrarası müsabiqənin qaliblərini mükafatlandırıb like
  • 27 İyn 16:57  
Digərləri AccessBank tələbələrarası müsabiqənin qaliblərini mükafatlandırıb

"AccessBank"ın keçirdiyi tələbələrarası müsabiqəsinin qalibləri müəy

arrow Ətraflı
Qanunsuz yolla dərman gətirmək istədi, tutuldu like
  • 27 İyn 16:54  
Kriminal Qanunsuz yolla dərman gətirmək istədi, tutuldu

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük

arrow Ətraflı