Bakıda oğul mobil telefon almaq üçün pul verməyən anasını qətlə yetirdi


Kriminal 26 İyn 2019 19:45:00 222 0

Bakıda oğul mobil telefon almaq üçün pul verməyən anasını qətlə yetirdi

Bakıda anasını qətlə yetirməkdə təqsirli bilinən Eldar Müslümovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun icraatına verilib. 

Qeyd edək ki, hadisə bu ilin fevral ayının 18-də Bakının Nərimanov rayon ərazisində baş verib. 

26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı anası Müslümova Nailə Əzim qızını qətlə yetirib. 

Saxlanılan şəxsin verdiyi ifadəyə görə, ailə-məişət münaqişəsi zamanı o, stulla anasının sinə nayihəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.

Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq, hadisə yerindən qaçıb.