Akademik Musiqili Teatrda müsabiqə komissiyasında yeni rəhbər


Kriminal 26 İyn 2019 10:39:00 259 0

Akademik Musiqili Teatrda müsabiqə komissiyasında yeni rəhbər

Şəfiqə Məmmədova Akademik Musiqili Teatrda müsabiqə komissiyasına rəhbərlik edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə media nümayəndələrinə açıqlama verib.

"Teatrımız hər il kollektivimizə işçi qəbulu üçün müsabiqə elan edir, istedadlı gənclərin üzə çıxarılmasına və işə qəbulu ilə bağlı onlara şərait yaradır. Ötən ay elan etdiyimiz müsabiqədə onlarla gənc sənəd verib. Sevindirici haldır ki, iddiaçılar arasında təcrübəli aktyorlar, hətta Əməkdar artistlər də vardır. Biz gələn ay növbəti seçim turuna başlayacağıq ki, sentyabr ayında - 110-cu mövsümündə teatrımızı gənc kadrlarla təmin edə bilək.

Ümumiyyətlə, teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması teatra yeni nəfəs gətirir, maraqlı tamaşaların ərsəyə gəlməsinə imkan yaradır.