Parkda Bakı sakininə quldurluq edənə hökm oxundu


Kriminal 24 İyn 2019 21:18:00 222 0

Parkda Bakı sakininə quldurluq edənə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Nicat Həsənlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Həsənli 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın 13-də saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində N.Həsənli Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərib.

Hadisə zamanı zərərçəkənin köməyinə yaxınlıqda xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı çatıb. O, quldurluq edən şəxsi cinayət başında zərərsizləşdirərək aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verib.