Azərbaycanda 8 gənc qız fahişəliyə cəlb edildi


Kriminal 22 İyn 2019 18:57:00 252 0

Azərbaycanda 8 gənc qız fahişəliyə cəlb edildi

Azərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda ittiham olunan Almaz Allahverdiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 28-nə təyin edilib.

İstintaq orqanı tərəfindən Almaz Allahverdiyeva barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Almaz Allahverdiyeva müxtəlif gənc qızları fahişəliyə cəlb edib və onları kişi müştərilərlə görüşünü təşkil edib. Bunun müqabilində gəlir əldə edib.