Əri ilə dalaşıb evdən qaçan 18 yaşlı hamilə gəlini yolda zorladı və...


Kriminal 22 İyn 2019 18:00:00 274 0

Əri ilə dalaşıb evdən qaçan 18 yaşlı hamilə gəlini yolda zorladı və...

Saatlı rayonunda zorlamada təqsirli bilinən 1989-cu il təvəllüdlü Amil Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Benzin doldurmaq istədi, qadınla rastlaşdı

Son.az Publika.az-a istinadən xəbər verir ki, iki uşaq atası olan Amil Babayev 2 noyabr 2018-ci il tarixdə, saat 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi VAZ-2101 markalı avtomaşına benzin doldurmaq üçün Saatlı rayonun Şirinbəy kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlib.

Həmin vaxt o, əri Samir Səmədov və onun valideynləri ilə birlikdə kənddə yaşadığı evdən acıq edərək çıxmış və anası Yetər Əliyevanın Sabirabad şəhərində yerləşən mənzilinə getməkdən ötrü yolun kənarı ilə Şirinbəy kəndinin çıxışına doğru hərəkət edən 2000-ci il təvəllüdlü Səbinə Səmədovanı görüb.

Maşınına minmək istəmədi, izləməyə başladı

Bu zaman Amil Babayev Səbinə Səmədovaya fiziki zor tətbiq etməklə cinsi əlaqədə olmaq qərarına gəlib. Bu səbəbdən o, avtomobilini onun yanında saxlayaraq maşına əyləşməsini təklif edib.

Amma Səbinə Amilin avtomobilinə minmək istəməyib və onun bu təklifindən imtina edib. Təklifindən imtina edildiyini görən Amil yolboyu piyada hərəkətdə olan Səbinəni izləyib.

Zorla maşınına mindirdi

Həmin vaxt Amil məqsədinə nail olmaq üçün avtomaşını Səbinənin yanında saxlayıb və onun sağ biləyindən tutaraq uca səslə üstünə qışqırıb, onun avtomaşına minməsini tələb edib.

Amil fiziki zor tətbiq etməklə Səbinəni avtomaşının qabaq sağ oturacağına əyləşdirib və düyməni basaraq qapını bağlayıb.

Çöllük sahədə qadına dəhşət yaşatdı

Həmin vaxt Amil Səbinən Şirinbəy kənd sakini Samir Səmədovun arvadı olduğunu deməsinə və qışqıraraq yalvarmasına, öz evlərinə aparmaq barədə xahişinə məhəl qoymayıb.

Belə olan halda Amil Səbinəyə zor tətbiq etməklə avtomobildən düşməsinə imkan verməyib və avtomaşını idarə edərək Saatlı rayonun Məmmədabad kəndi ərazisində qaranlıq çöllük sahəyə sürüb.

Hamilə olmasına da əhəmiyyət vermədi

Orada avtomobili saxlayıb və Səbinəni nalayiq şöyüşlər söyüb, bu gecə yanında olacağını və onu heç yerə buraxmayacığını bildirib.