"Azərbaycan qaçqınlarının sayına görə, yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir"


Siyasət 20 İyn 2019 16:09:10 263 0

"Azərbaycan qaçqınlarının sayına görə, yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir"

Azərbaycan qaçqınlarının sayına görə yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədovun sözlərinə görə, beynəlxalq təşkilatlar, ilk növbədə ATƏT-in Minsk qrupu münaqişənin nizama salınması istiqamətində səylərini artırmalıdır ki, Azərbaycanın məcburi köçkün vəziyyətində olan əhalisi yaxın zamanlarda öz yurd-yuvalarına qayıtsın.

Azərbaycanın çoxlu sayda qaçqınları olan ölkələrdən biri olduğunu nəzərə çatdıran Ə.Əhmədov deyib ki, vəziyyətin belə ağır olmasına baxmayaraq, beynəlxalq təşkilatlar münaqişənin tənzimlənməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün effektiv addımları bu günə qədər görə bilməyiblər:

"2018-ci ilin sonuna olan məlumata görə, dünyada 70 milyondan çox qaçqın və məcburi köçkün yaşayır. Bu da dünya əhalisinin 1 faizini təşkil edir, Azərbaycanda isə 1 milyon qaçqın və məcburi köçkün yaşayır və bu da ölkə əhalisinin 10 faizidir. Bu vəziyyət 30 ilə yaxındır ki, davam etməkdədir".