"Azdrama" qastrola yollandı


Kriminal 19 İyn 2019 14:08:00 269 0

"Azdrama" qastrola yollandı

Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq teatr festivalında iştirak etmək üçün Gürcüstana yollanıb.

Son.az xəbər verir ki, teatrın mətbuat xidmətindən ölkə.az-a verilən məlumata görə, Kutaisidə təşkil olunan "Thetrical İmereti" festivalında sənət ocağının repertuarında olan "Manqurt" tamaşası iyunun 19-da, "Cəhənnəm sakinləri" isə iyunun 20-də oynanılacaq.

Festivalın bağlanış tamaşası məhz Akademik Milli Dram Teatrının "Cəhənnəm sakinləri" tamaşası ilə olacaq. Bundan başqa teatrın beynəlxalq əlaqələrinin genişləndirilməsi, müştərək layihələrin həyata keçirilməsi üçün müxtəlif teatrlarla danışıqlar aparılacaq.

"Manqurt" tamaşasının bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru (diplomant) İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənovdur.

Tamaşada əməkdar artistlər Mehriban Xanlarova (Nayman ana), Elşən Rüstəmov (Juan-juan), aktyorlar Ramin Şıxəliyev (Manqurt​), Vüsal Mustafayev çıxış edəcək.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan "Cəhənnəm sakinləri" səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.


Xəbərə aid fotolar