Neftçalada 29 yaşlı gənc güllələndi


Kriminal 19 İyn 2019 09:49:00 200 0

Neftçalada 29 yaşlı gənc güllələndi

Neftçalada odlu silahla bağlı insident baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Astanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhrizad Nail oğlu aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya xəstəxanada ilk tibbi yardım göstərilib və o, cərrahiyyə şöbəsinə yerləşdirilib.

Yaralının dediyinə görə, qonşusu Məhəbbət adlı şəxs tərəfindən güllələnib.