Fədayə Laçından YENİ XƏBƏR


Kriminal 18 İyn 2019 15:55:00 262 0

Fədayə Laçından YENİ XƏBƏR

Bu gün Bakı Apelyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Son.az unikal.org-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədirliyi ilə keçirilən prosesdə məhbusların məhkəməyə gətirilmədiyi elan olunub.

Bildirilib ki, müəyyən səbənblərə görə, təqsirləndirilən şəxslər məhkəməyə gətirilməyib.

Proses növbəti həftədə davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.