İran nüvə razılaşması çərçivəsində öhdəliklərinin azaldılması barədə hesabat təqdim edəcək


Siyasət 16 İyn 2019 17:30:00 194 0

İran nüvə razılaşması çərçivəsində öhdəliklərinin azaldılması barədə hesabat təqdim edəcək

İran iyunun 17-si nüvə razılaşması çərçivəsində öhdəliklərin azaldılması barədə hesabat təqdim edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İranın Nüvə Enerjisi üzrə Təşkilatından bildiriblər.

Məlumatda deyilir: "İranın Nüvə Enerjisi üzrə Təşkilatı sabah Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öhdəliklərinin azaldılması üzrə birinci addım barədə hesabat təqdim edəcək".

Bildirilir ki, hesabatda zənginləşdirilmiş uran ehtiyyatları, o cümlədən ağır su istehsalının artırılması barədə məlumat olacaq: "Bu hesabatda öhdəliklərin azaldılması üzrə ikinci fazaya keçid üçün atılan addımlar bəyan ediləcək".