Prokuror məşhur “avtoş”un qatilinə cəza istədi


Kriminal 14 İyn 2019 17:26:00 260 0

Prokuror məşhur “avtoş”un qatilinə cəza istədi

Bakıda qətl törətməkdə təqsirli bilinən Ehtiram Şərifov barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

Prokuror çıxışında onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

İttihama görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Ötən il noyabrın 17-də, günorta saatlarında Ehtiram Şərifov qəsəbə sakini Cabir Babayevi güllələyərək öldürüb. O, polisə gələrək könüllü təslim olub.

Qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş" larından olub, "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib.