Hulusi Akar: "Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə əməkdaşlığı çox önəmlidir"


Siyasət 12 İyn 2019 14:54:00 68 0

Hulusi Akar: "Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə əməkdaşlığı çox önəmlidir"

Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə əməkdaşlığı çox önəmlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Qəbələdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib.

H.Akar bildirib ki, bu gün keçirilən görüşdə tərəflər mövcud iş birliyi və əməkdaşlıq potensialının perspektivlərini müzakirə ediblər.

Onun sözlərinə görə, üç ölkənin yerləşdiyi bu region hamiya bəlli olduğu kimi, neft və təbii qaz kimi enerji qaynaqlarının dünyaya çatdırılması üçün çox ciddi əhəmiyyətə malikdir:

"Bu baxımdan regionda beynəlxalq güclərin maraqlarının toqquşur. Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə bir yerdə əməkdaşlıq edərək çalışması çox önəmlidir".

Türkiyəli nazirin sözlərinə görə, iş birliyi müdafiə, hərbi və təhlükəsizlik mövzuları ətrafında olmaqla üç ölkənin maraqlarına xidmət edir.

"Əməkdaşlıq hər il daha da möhkəmlənir və genişlənir. Mən inanıram ki, əlaqələrimiz yalnız müdafiə, hərbi və təhlükəsizlik deyil, eyni zamanda bütün sahələri əhatə edəcək. Bu əlaqələr digər ölkələr üçün də ciddi önəm daşıyacaq. Azərbaycan Müdafiə nazirinin qeyd etdiyi kimi, ölkələrimiz arasında müdafiə sahəsində imzalanan müqavilələrin yaxın gələcəkdə nəticələrini görəcəyik".

Parisdən ermənilərə daha bir like
  • 12 İyn 14:53  
Siyasət Parisdən ermənilərə daha bir

Ermənistanın və bütün dünya ermənilərinin "bizə ən yaxın ölkə,

arrow Ətraflı
Kraliça villasını satışa çıxardı like
  • 12 İyn 14:52  
Dünya Kraliça villasını satışa çıxardı

İngiltərə kraliçası II Yelizaveta Maltadakı villasını 6 milyon avroya sa

arrow Ətraflı
"Santa Barbara"nın aktyoru dünyasını dəyişdi like
  • 12 İyn 14:48  
Digərləri "Santa Barbara"nın aktyoru dünyasını dəyişdi

Amerikalı kino və televiziya aktyoru Cim MakMullan vəfat edib.

arrow Ətraflı
Nazir:" Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edib" like
  • 12 İyn 14:46  
Siyasət Nazir:" Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edib"

Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edir.

arrow Ətraflı
Azərbaycanda elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi like
  • 12 İyn 14:45  
Digərləri Azərbaycanda elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Prezident İlham Əliyevin elmi adların və dərəcələrin verilməsinə dair

arrow Ətraflı
Bakıda yeni beynəlxalq platforma yaradılıb like
  • 12 İyn 14:44  
Siyasət Bakıda yeni beynəlxalq platforma yaradılıb

Bakıda "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"

arrow Ətraflı
Nazir: Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edib like
  • 12 İyn 14:40  
Digərləri Nazir: Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edib

Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edir.

arrow Ətraflı
Xanəndə Elnarədən şıdırğı rəqs  VİDEO like
  • 12 İyn 14:39  
Şou-biznes Xanəndə Elnarədən şıdırğı rəqs VİDEO

Əməkdar artist Elnarə Abdullayevanın yeni videosu yayılıb.

arrow Ətraflı
"Avro 2020”nin bilet satışına start verildi like
  • 12 İyn 14:31  
İdman "Avro 2020”nin bilet satışına start verildi

Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempi

arrow Ətraflı
Azadlıq prospektində yolu keçən piyadanı maşın vurub öldürdü like
  • 12 İyn 14:28  
Digərləri Azadlıq prospektində yolu keçən piyadanı maşın vurub öldürdü

Binəqədi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Energetika naziri Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib (FOTO) like
  • 12 İyn 14:24  
Digərləri Energetika naziri Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib (FOTO)

Energetika Nazirliyində Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperma

arrow Ətraflı