Bakıda güllələnən avtoritetin “Emin 444”lə bağlılığı var? FOTO


Kriminal 12 İyn 2019 09:25:00 179 0

Bakıda güllələnən avtoritetin “Emin 444”lə bağlılığı var?  FOTO

Binəqədi rayonunda Mübariz Budaqlının odlu silahdan açılan atəşlə qətli ilə bağlı araşdırmalar davam edir. Rəsulzadə qəsəbəsində avtomobildə güllələnən Mübariz Budaqlının qətlinin kriminal dairələr arasındakı münaqişənin təzahürü ola biləcəyi ehtimalları var.

Son.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, qətlin "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətli ilə əlaqəli olması iddiaları da yayılıb. Həmin iddiaları təsdiq edən məlumatlar ortada yoxdur. Bununla belə, bu xəbərlərin israrlı şəkildə yayılması müşahidə edilir. Mübariz Budaqlının "Emin 444"ün qətlinin 1 ayının tamamına 3 gün qalmış öldürülməsi qətlər arasında əlaqə ola biləcəyi ehtimalını istisna etmir. Hər halda, bu məsələlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. 

Mübariz Budaqlının "Emin-444"ün qəddar qətlinə cavab olaraq öldürülməsi iddiasının nədən yaranması bilinməlidir. Mübariz Budaqovun da, "Emin 444"ün də qətlləri kriminal süjetli filmi xatırladır. Mübariz Budaqovun olduğu avtomobili Binəqədi rayonu ərazində digər avtomobil təqib edib. Təqib edən "BMW"dən "Mercedes"ə atəş açılıb. Sürücünün yanında oturan şəxs güllə yarasından ölüb, sürücü canını qurtarıb.

Emin Səfərov (Sağda)

İstintaqın qənaətinə görə, hadisə baş verən gün Tərtər rayon sakini Vüsal Hüseynov idarə etdiyi "BMW-745" markalı avtomobillə Bakı sakini Nazim Qədirovun idarə etdiyi "Mercedes" markalı avtomobil təqib edilib. Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açıb. Olay zamanı əvvəllər məhkum olunmuş Mübariz Budaqlı qətlə yetirilib. Cinayəti törədən Taleh Cəlalov və Vüsal Hüseynov tutulublar. T.Cəlalovdan lüləsi kəsilmiş "İJ-16" markalı tüfəng götürülüb.

İlkin araşdırmalar zamanı Mübariz Budaqlının 2017-ci ildə "İnterpol" xətti ilə beynəlxalq axtarışa verildiyi məlum olub. 1976-cı il təvəllüdlü Mübariz Budaqlının ictimai təhlükəli cinayətdə ittiham olunduğu bilinsə də, onun konkret olaraq hansı əməllərin sahibi olması haqda rəsmi məlumat yoxdur. Bilinən odur ki, Mübariz Budaqlı da "Emin 444" kimi yenicə həbsdən çıxıb və öldürülüb.

Mübariz Budaqlı ilə T.Cəlalov arasında uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər 2 nəfər T.Cəlalovun bir ailə üzvü haqda şayiələr yayıb. Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Hadisə baş verən gün isə T.Cəlalov M. Budaqli ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisəni törədib.

Bu qətldən 2 gün sonra "Emin 444"ün anası Məlahət Səfərova oğlunun qətlinə görə həbsə alınan kikboks üzrə dünya çempionu Zaur Yusifovun yaşadığı ünvanın qarşısına gedib. Məlahət Səfərova Yusifovların darvazası önündə oğlunun qətlində iştirak edən hər kəsin cəzalandırılmasını tələb edib.