Rasim Balayevlə Alim Qasımov Yaşıl Teatrda ayaqüstə alqışlandı VİDEO


Kriminal 11 İyn 2019 13:40:00 263 0

Rasim Balayevlə Alim Qasımov Yaşıl Teatrda ayaqüstə alqışlandı  VİDEO

Xarl artistləri Rasim Balayevlə Alim Qasımov dünən Yaşıl Teatrda tamaşaçılara unudulmaz anlar yaşadıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, dünən Yaşıl Teatrda Bakı Şəhər İcra Hakimiyyətinin Milli Qurtuluş günü münasibətilə təşkil etdiyi bayram konserti baş tutub. Bir çox sənət nümayəndələrinin iştirak etdiyi bayram konserti əlamətdar hadisələrlə yadda qalıb.

Milli Qurtuluş günü münasibətilə Xalq artistləri Aygün Kazımova ilə Zülfiyyə Xanbabayeva və müğənni Mirələm Mirələmov sözlərini Cəlal Qurbanovun yazdığı, musiqisi isə bəstəkar Rauf Məmmədovun bəstələdiyi "Azərbaycan" adlı kompozisiya ifa edib. Daha sonra onları Rasim Balayevlə şeirlə, Alim Qasımov isə muğamla müşayiət edib. Görkəmli sənətkarların çıxışını hər kəs ayaqüstə alqışlarla qarşılayıb.

Kompozisiyada Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupu da iştirak edib.