“Qardaşımı qaynı və qayınatası yandırıb”


Kriminal 10 İyn 2019 16:17:00 200 0

“Qardaşımı qaynı və qayınatası yandırıb”

"Qardaşım intihar etməyib, onu qaynı və qayınatası yandırıb". 

Son.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya müraciətində İsmayıllı rayon Mücəftaran kənd sakini Elşən Rəcəbəliyev deyib. O bildirib ki, qardaşı 1984-cü il təvəllüdlü Ramil Rəcəbəliyev hazırda ölüm ayağındadır və özünü yandırması ilə bağlı yayılmış informasiyalar yanlışdır:

"Qardaşım həyat yoldaşını başqa biri ilə danışan zaman tutub. Buna görə bir-iki sillə vurub. Həmin gün işdən qayıdan zaman qadının uşaqları götürüb atasıgilə getdiyini görüb. Açarı almaq üçün o da həmin evə gedib, döyüb göndəriblər.

1 İyun Uşaqların Müdafiəsi Günündə övladlarını görmək üçün qayınatasıgilə gedib. Bu zaman mübahisə yaşanıb və gəlinin bibisi oğlu Natiq onu vurub. Daha sonra isə benzin töküb yandırıblar. Qardaşım deyir, heç kim onun köməyinə yetməyib.

Məsələylə bağlı polisə müraciət etsək də, İsmayıllı Rayon Polis Şöbəsindən hələ də bu işlə bağlı gələn olmayıb".