Bakıda kişi xəstəxananın həyətində arvadının boğazını kəsdi


Kriminal 10 İyn 2019 10:43:00 249 0

Bakıda kişi xəstəxananın həyətində arvadının boğazını kəsdi

Bakıda ər arvadının boğazını kəsib. 

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.

Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimovanın həyat yoldaşı ailə münaqişəsi zəminində onun boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğu bildirilib.