Qardaşı arvadını amansızlıqla öldürən şəxs məhkəməyə çıxır


Kriminal 08 İyn 2019 13:34:00 239 0

Qardaşı arvadını amansızlıqla öldürən şəxs məhkəməyə çıxır

Abşeron rayonunda qardaşı arvadını öldürən Rafiq Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Rafiq Məmmədovun barəsində toplanan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Yaxın günlərdə bu dəhşətli qətl olayı ilə bağlı məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu il yanvarın 2-də Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Əqidə Məmmədovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Cinayət işi üzrə şahidlərin ifadələri alınıb, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi, kompleks məhkəmə-kriminalistik və biolojı ekspertizaları təyin edilib, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.