Azərbaycan II Avropa Oyunları çərçivəsində Minskdə açılan sərgidə təmsil olunur


Kriminal 07 İyn 2019 11:29:00 267 0

Azərbaycan II Avropa Oyunları çərçivəsində Minskdə açılan sərgidə təmsil olunur

Bakı 2015 Birinci Avropa Oyunları zamanı Azərbaycan heykəltəraşları tərəfindən müxtəlif idman növlərinə aid yaradılan heykəllər Belarusda keçirilən "İdman - yüksək incəsənət" sərgisində nümayiş olunur.

Son.az Trend-ə istinadən bildirir ki, II Avropa Oyunları çərçivəsində təşkil olunan sərgi iyunun 6-da Minskdə açılıb.

Belarus Respublikasının Mədəniyyət Nazirliyi və Müasir İncəsənət Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən "Avropa oyunları - Avropa incəsənəti" adlı genişmiqyaslı layihənin tərkib hissəsidir.

Sərgidə Almaniya, Belarus, Böyük Britaniya, İspaniya, Litva, Polşa, Rusiya və digər ölkələrin fotoqraf və rəssamları ilə yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycandan rəssam və heykəltəraşların da əsərləri yer alıb.

Minsk sakinləri və qonaqlarına idman mövzusunu mədəni, tarixi və sosial kontekstdə əks etdirən əsərlərdən - arxiv fotoları və müasir fotoqrafiya layihələrindən, plakatlar, videomateriallar və heykəştəraşlıq nümunələrindən ibarət ekspozisiya təqdim olunur.


Xəbərə aid fotolar