Dostlar arasında zarafata görə qan töküldü Bakıda


Kriminal 07 İyn 2019 08:07:00 183 0

Dostlar arasında zarafata görə qan töküldü  Bakıda

Bakıda dost dostunu zarafata görə bıçaqlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda baş verib.

Sahil qəsəbəsində 19 yaşlı Ömər Dadaşov dostu Turalla zarafat edib. Dostlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Tural Ömərə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisəni törədən Tural Qaradağ rayon Polis İdarəsinə təslim olub.