Qubada kişinin cibindən 350 qram marixuana çıxdı FOTO


Kriminal 06 İyn 2019 10:37:00 242 0

Qubada kişinin cibindən 350 qram marixuana çıxdı  FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı İmran Əliyev saxlanılıb.

Son.az xəbər verir ki, RPŞ-nin əməkdaşları tərəfindən İ.Əliyevin üzərinə keçirilən şəxsi baxış zamanı onun əlindəki sellofan torbada çəkisi 350 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirib.


Xəbərə aid foto