Qohumunun evindən pul və qızıl oğurlayan qadın tutulub


Kriminal 05 İyn 2019 22:10:00 247 0

Qohumunun evindən pul və qızıl oğurlayan qadın tutulub

Zərdabda qohumunun evindən pul və qızıl oğurlayan qadın tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 810 manat pul, 5500 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin yaxın qohumu olan L.Seyidova saxlanılıb.